Antalya hazırlığını davam etdirən “Neftçi”nin əvəzedici komandası bu gün üçüncü yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, "ağ-qaralar" Moskva “Dinamo”sunun əvəzedici komandası ilə qarşılaşıb.
Görüş "Dinamo"nun 2:1 hesablı qələbəsi ilə nəticələnib. “Neftçi”nin qoluna Mirabdulla Abbasov imza atıb.
Qeyd edək ki, "Neftçi" bundan əvvəl Braziliyanın “Sao Karlos” klubuna 1:3, Rusiyanın “Rubin"inə (ikinci komanda) 1:4 uduzub.
Fanat.az