“Mənim bir Çin dili dərsim”

“Mənim bir Çin dili dərsim”
19:58 23 Yanvar 2015
265 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Bakı Dövlət Universiteti (BDU) nəzdindəki Konfutsi İnstitutunda Çin dilinin tədrisi üzrə “Mənim bir Çin dili dərsim” adlı müsabiqə keçirilib. Tədbirdə 100-dən çox tələbə, müəllim və Çin dili həvəskarı iştirak edib.
BDU nəzdindəki Konfutsi İnstitutunun direktoru, dosent Oqtay Cəlilbəyli müsabiqənin açılışında çıxış edərək bu tədbirin əhəmiyyəti barədə danışıb, müsabiqə iştirakçılarına uğurlar arzulayıb.
Müsabiqənin nüfuzlu münsiflər heyətinin tərkibinə Azərbaycanın müxtəlif ali məktəblərinin professorları və təcrübəli Çin dili müəllimləri daxil idi. Münsiflər heyəti müsabiqə iştirakçılarının keçdiyi dərsləri bir neçə parametr üzrə qiymətləndirib: tədris tərzi, dərsin məzmunu, öyrətmə metodu, dərsin səmərəliliyi və s.
Müəllimlər və tələbələr müsabiqəyə ciddi hazırlaşıblar. Onlar müvafiq şəkillər, slaydlar hazırlayıb, video, audio və digər texniki vasitələrdən istifadə ediblər.
Uşaqlar üçün qrupun müəllimi Xuan Li “Bu gül hansı rəngdədir?” mövzusunda, yaşlılar qrupunun müəllimi Tszen Çi “Özünü təqdimetmə” mövzusunda dərs keçiblər.
Konfutsı İnstitutunun Çin tərəfdən direktoru, dosent Hu Fenhua müsabiqənin qaliblərinə mükafatları təqdim edərək iştirakçılara Çin dilinin öyrənilməsində yeni uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Menim_bir_CHin_dili_dersim-827141

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR