3 tələbə böcək yeyib sağ qaldılar - FOTO

3 tələbə böcək yeyib sağ qaldılar - FOTO
20:05 23 Yanvar 2015
214 Dünya
Ölkə mətbuatı
A- A+

Bir britaniyalı və iki hollandiyalı tələbələr Türkiyənin cənubunda itkin düşəndən 3 gün sonra tapılmışdılar.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, yanvarın 14-də Devid Maki, Marye de Qrot Frisa de Vris Türkiyənin Antalya vilayətindəki Göynük qəsəbəsində başlanan və Muğla istiqamətinə doğru yüzlərlə kilometr uzananm məşhur Likiya yolu boyunca səyahətə yollanmışdılar. İki gün sonra tələbələr azıblar və fövqəladə xilasetmə xidmətinə zəng vurublar.
 
Tələbələrin olduqları yer barədə telefonla verdikləri məlumat əsasında 137 nəfər, o cümlədən xilasetmə komandasının üzvləri və yerli motoklubun mənsubları axtarışlara başlamışdılar.
 
Yanvarın 19-da xilasetmə helikopteri tələbələri tapıb.
Onlar çox yorğun, amma sağlam idilər.
 
Tələbələrin dediklərinə görə, böcəklər, həşəratlar və otlarla qidalanaraq sağ qalıblar.
 
Milli.Az
 

















Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320304.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR