Dəmiryolu kənarındakı evlərin sökülməsi ilə bağlı Dövlət Proqramı hazırlanır

Dəmiryolu kənarındakı evlərin sökülməsi ilə bağlı Dövlət Proqramı hazırlanır
14:58 26 Dekabr 2014
341 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Azərbaycanda dəmiryolu kənarında yerləşən evlərin sökülməsi ilə əlaqədar xüsusi Dövlət Proqramı hazırlanır.

Trend xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin sədrinin I müavini Qurban Nəzərov bu gün jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” QSC bununla bağlı bütün rəsmi məlumatları artıq Nazirlər Kabinetinə təqdim edib: “Dövlət Proqramına əsasən də bu işlərin icrası ilə bağlı tədbirlər görüləcək. Bu işlərə yalnız Dövlət Proqramı qəbul edildikdən sonra başlanacaq”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR