XİN: Azərbaycan həmsədr ölkələrdən Ermənistanı zorakı təxribatçı əməlləri dayandırmağa məcbur etmələrini istəyir

XİN: Azərbaycan həmsədr ölkələrdən Ermənistanı zorakı təxribatçı əməlləri dayandırmağa məcbur etmələrini istəyir
20:13 23 Yanvar 2015
343 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Minsk qrupunun həmsədr ölkələrinə müraciət edir ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa vadar etsinlər.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı müraciətə öz "twitter" ünvanında cavabında bildirib.

H.Hacıyev yazıb: "Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik tərəfləri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb.

Trend-in məlumatına görə, O, "twitter" soisal şəbəkəsindəki səhifəsində yazıb: "Qoşunların təmas xəttində qarşıdurmanı dayandırmaq və danışıqlarda əldə olunmuş öhdəlikləri yerinə yetirmək üçün zəruri tədbirlər görmələri məqsədi ilə prezidentlərə müraciət edirəm".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR