Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Yanvar

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 23 Yanvar
20:14 23 Yanvar 2015
123 Sosial
Ölkə mətbuatı
A- A+

GÜNÜN ŞƏRHİ

Kralın ölümü dünya neft bazarında bahalaşmaya səbəb oldu. Bu, bazardakı ciddi oyunçuların əhəmiyyət vermədiyi, əsasən kiçik brokerlərin hər kiçik fürsəti dəyərləndirməsindən qaynaqlanan müvəqqəti bahalaşmadır. Son bir ayda kral Abdullahın ölümü ilə bağlı bir neçə dəfə xəbər yayılıb və bu xəbərlərin neft bazarına təsiri indikindən fərqli olmayıb. Çünki ortada “kral ölmüşdür, yaşasın kral” məntiqi var. Səudiyyə kralının vəfatı ölkənin neft siyasətinə təsir etməyəcək və qiymətlərin bahalaşması siyasətdə gözlənilən dəyişiklikdən deyil, ölkədə matəm elan olunması ilə əlaqədar neft müəssisələrinin fəaliyyətinin məhdudlaşdırılması ilə bağlıdır. Bu mənada OPEK rəhbərinin hansısa açıqlaması neft bazarına kralın ölümündən daha çox təsir etmək imkanına malikdir.

 

Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR