Səudiyyə Ərəbistanının Kralı adsız məzarda basdırılıb

Səudiyyə Ərəbistanının Kralı adsız məzarda basdırılıb
20:28 23 Yanvar 2015
269 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Ər-Riyadın böyük məscidində Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səud ilə vida mərasimi keçirilib. Məsciddə dualar oxunduqdan sonra Kralın qızıl kəfənə bürünmüş cəsədi təcili yardım maşını ilə Al-Aud şəhər qəbiristanlığına aparılıb. Adət-ənənəyə uyğun olaraq, Kral tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb. O, müsəlman adət-ənənələri üzrə adsız məzarda dəfn olunub.
Ər-Riyad məscidində keçirilən vida mərasimində və dəfndə yalnız müsəlman dövlətlərin liderləri iştirak ediblər.
Abdullah bin Əbdüləziz Al Səud 1924-cü ildə Ər-Riyadda anadan olmuşdu və kral nəslinin banisi Əbduləziz Al Səudun 42 oğlundan onuncusu idi. O, taxt-taca 2015-ci ildə gəlmiş, bundan əvvəl isə bir sıra dövlət vəzifələri tutmuşdu: Məkkə şəhərinin meri, Milli Qvardiyanın komandanı, Baş nazir olmuşdu. 2013-cü ildə varidatı 63,2 milyard dollar məbləğində qiymətləndirilən Abdullah dünyanın ən zəngin insanları arasında 8-ci, ən varlı monarxlar arasında isə 2-ci yeri tuturdu.
Axşam namazından sonra Səudiyyə Ərəbistanının yeni Kralı Salman bin Əbduləziz Al Səud and içəcək. Kralın vəfatı ilə bağlı rəsmi matəm mərasimi yanvarın 24-də keçiriləcək.
Qeyd edək ki, mərasimdə Azərbaycanı Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə nümayəndə heyəti təmsil edəcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR