Bu ana həsrət qalacağıq

Bu ana həsrət qalacağıq
15:01 26 Dekabr 2014
117 Digər
Ölkə mətbuatı
A- A+

Bakıya yeni gətirilən sərnişin avtobusları unikallığı ilə seçilir.

“Xaliq Faiqoğlu” MMC-nin şöbə müdiri Füzuli Sadıqov ANS PRESS-ə məlumata görə, 65 saylı xətt üzrə işləyən avtobuslar digərlərindən bir neçə xüsusiyyətlərinə görə fərqlənirlər. Onun sözlərinə görə, əsas fərqləndirici məqamlardan biri avtobusun qapıları açıq olan zaman maşın yerindən tərpənmir.

“Bakıda avtobuslar qapısı açıq sürürlər. Sahibkarlar sürücülərlə bacarmırlar. Yeni avtobuslarda bu problem olmayacaq. Çünki onların qapısı açıq olanda mühərrik avtomatik olaraq sönür. Yəni avtobusun qapısı açıq olanda maşın işə düşmür”, - deyə Füzuli Sadıqov bildirib.

Digər yeniliklərdən biri isə avtobusun içinin canlı olaraq izlənməsidir. Bunun üçün maşının içində 7 müşahidə kamerası quraşdırılıb. Kameralar avtobusun müxtəlif yerlərndə qoyulub. Onlar vasitəsilə avtobusların içi tamamilə izlənə bilər.

“Biz həmin kameralar vasitəsilə avtobusların içini canlı izləyə biləcəyik. Həmin görüntülər vasitəsilə avtobusda baş verənlər canlı izlənir. Hansısa xoşagəlməz hadisə baş verərsə, dərhal müdaxilə eciləcək. Ən əsası isə müşahidə kameralarında səs də yazılır”, - deyə Füzuli Sadıqov əlavə edib.

Yeni avtobusda başqa bir özəllik isə onun şüşələrinin günəş şüalarının 80 faiz keçirməməsidir. Bu avtobuslarda pərdələrə də ehtiyac yoxdur.

Sərnişinləri maraqlandıran əsas məsələlərdən biri də avtobusda kondisionerlərin və istilik sistemlərinin olmasıdır.

“Sərnişinlər həmin avtobuslarda gedərkən istidən və soyuqdan əziyyət çəkməyəcəklər”, - deyə Füzuli Sadıqov qeyd edib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR