Ukraynada "Malış" öldürüldü (FOTO)

Ukraynada "Malış" öldürüldü (FOTO)
20:51 23 Yanvar 2015
232 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynanın Luqansk vilayətində Pervomayskın meri Yevgeni İşenko ilə birgə üç nəfər öldürülüb.

ANS PRESS-in məlumatına görə, bu haqda “Luqansk Xalq Respublikası”nın milisi xəbər yayıb.

"Pervomayskda bu gün şəhər meri Yevgeni İşenkonun və üç nəfər şəxsiyyətləri hələ dəqiqləşməyən insanın meyiti aşkar edilib ", - deyə xəbərdə bildirilir.

Ehtimal edilir ki, cinayəti Ukrayna ordusunun diversiya-kəşfiyyat qrupu həyata keçirib.

Qeyd edək ki, bundan əvvəl Ukrayna KİV bildirirdi ki, Luqansk ərazisinin Pervomaysk şəhərində yeni mer təyin edilib. "Malış" ləqəbli komendant İşenko daha əvvəl şəhərdə tanınmayıb.

İşenko Yevgeni Stanislavoviç 1969-cu il sentyabrın 15-də Nijniy Novqorodda doğulub. Bir müddət Xerson vilayətində yaşadığdan sonra İşenko qazanc dalınca Rusiyaya gedib. Pervomaysk cinayətkar qruplaşmalarından birinin fəaliyyətində aktiv iştirak edən "Malış" silahlı hücumun və qətlin təşkilatçısı kimi 15 il həbs cəzası çəkib.





Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321499

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR