Avropa İttifaqının beynəlxalq eksperti Təhsil Problemləri İnstitutunda olub

20:53 23 Yanvar 2015
251 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Yanvarın 23-də Təhsil Problemləri İnstitutunda (TPİ) Avropa İttifaqının beynəlxalq eksperti Qalya Bojanova ilə görüş keçirilib.
İnstitutdan AzərTAc-a bildiriblər ki, görüşdə TPI-nin direktoru Qulu Novruzov rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə qonağa məlumat verib, peşə təhsilinin əhəmiyyətindən, müəllim və şagirdlərin yaradıcı fəaliyyətinin stimullaşdırılmasından danışıb. Bildirilib ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda bu sahəyə xüsusi önəm verilir.
Peşə təhsili və təliminin keyfiyyəti üzrə beynəlxalq ekspert Q.Bojanova peşə təhsilinə daha çox diqqət yetirdiklərini vurğulayıb. O bildirib ki, əsas məqsəd beynəlxalq təcrübəyə əsaslanaraq peşə və təhsil standartlarının qarşılıqlı əlaqəsi zəminində onların uyğunluğunu təmin etmək və bunlarla bağlı hazırlanmış texniki tapşırığı Avropa Şurasına təqdim etməkdir.
Görüşdə əmək bazarının tələblərini ödəyən peşə və təhsil standartlarının hazırlanması, tətbiqi ilə əlaqədar maraqlı tərəflərin birgə işinin daha da yaxşılaşdırılması üçün yeni layihələrin hazırlanması məsələləri də müzakirə edilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Avropa_Ittifaqinin_beynelxalq_eksperti_Tehsil_Problemleri_Institutunda_olub-827156

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR