Hikmət Hacıyev Ceyms Uorlikin müraciətinə cavab verdi

Hikmət Hacıyev Ceyms Uorlikin müraciətinə cavab verdi
21:04 23 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan Xarici İşlər Nazirliyinin mәtbuat xidmәtinin rəhbəri Hikmət Hacıyev ABŞ-dan olan həmsədr Ceyms Uorlikin "twitter" vasitəsilə paylaşdığı xəbərə şərh verib.

 

APA-nın mәlumatına görә, onun "twitter" səhifəsində yazdığı mәlumatda deyilir:

 

"Biz də ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinə müraciət edirik ki, Ermənistan rəhbərliyini zorakı təxribatçı əməlləri dayandırmağa və Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarmağa vadar etsinlər".

 

Xatırladaq ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Azərbaycan və Ermənistan prezidentlərinə müraciət edib. Bu barədə C.Uorlik öz “Twitter” səhifəsində yazıb.

 

Amerikalı diplomat tərəfləri təmas xəttində qarşıdurmanı dayandırmağa çağırıb: “Prezidentlərə müraciət edirəm ki, təmas xəttində qarşıdurmanın dayandırılması, danışıqlara riayət edilməsi üçün lazımi tədbirlər görsünlər”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191307

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR