Səudiyyə Ərəbistanının kralı dəfn olunub

21:12 23 Yanvar 2015
263 Dünya
Ölkə mətbuatı
A- A+

[ 23 Yanvar 2015 21:09 ]

Bakı-APA. Ər-Riyadın İmam Turki bin Adullah məscidində Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdüləziz Al Səud ilə vida mərasimi keçirilib.

Dualar oxunduqdan sonra kralın qızıl kəfənə bürünmüş cəsədi Al-Aud şəhər qəbiristanlığına aparılıb. Adət-ənənəyə uyğun olaraq, cəsəd tez və hər hansı təmtəraq olmadan torpağa tapşırılıb. O, müsəlman adət-ənənələri üzrə adsız məzarda dəfn olunub.

 

Dəfn mərasimində ərəb ölkələrinin liderləri iştirak edib.

 

Qeyd edək ki, vida və dəfn mərasimində  yalnız müsəlman dövlətlərinin liderləri iştirak ediblər.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370206

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR