Rəsmi Riqa Belarusu Avropa Şurasının tərkibində görür

Rəsmi Riqa Belarusu Avropa Şurasının tərkibində görür
21:18 23 Yanvar 2015
200 Dünya
Ölkə mətbuatı
A- A+


Minsk, 23 yanvar, AzərTAc
Latviya Belarusu Avropa Şurasının tərkibində görür. AzərTAc BELTA-ya istinadla xəbər verir ki, bunu yanvarın 23-də Minskdə Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviçs Latviyanın Avropa Şurasına sədrliyinə həsr olunmuş mətbuat konfransında bəyan edib.
O deyib: “Biz istərdik ki, gələcəkdə Belarus Avropa Şurasının üzvü olsun, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin işində iştirak etsin”
Yanvarın 22-də isə Minskdə Belarusun xarici işlər naziri Vladimir Makeyin Latviya XİN-in dövlət katibi Andreys Pildeqoviçs ilə görüşü olub.
Tərəflər ikitərəfli siyasi dialoqun inkişaf perspektivlərini, iqtisadi-ticarət əməkdaşlığının canlandırılması yollarını, regional qarşılıqlı əlaqələrin genişləndirilməsini, Belarus-Aİ münasibətlərinin, o cümlədən bu münasibətlərin “Şərq Tərəfdaşlığı” Proqramının üzvü olan ölkələrin Riqada keçiriləcək sammitinin hazırlanması kontekstində vəziyyətini və perspektivlərini müzakirə ediblər.

Zeynal Ağazadə
AzərTAc-ın xüsüusi müxbiri
Minsk

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR