“Real” norveçli vunderkində həftədə 100 min avro məvacib ödəyəcək

21:18 23 Yanvar 2015
218 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 23 yanvar, AzərTAc
Madridin “Real” klubunun yeni yarımmüdafiəçisi Martin Edeqor həftədə 105 min avro məbləğində məvacib alacaq.
KİV-lər madridlilərin 16 yaşlı yeni oyunçusunun məvacibini həvəslə müzakirə edirlər.
Norveç yığmasının 16 yaşlı futbolçusu təkcə “Real”ın diqqətini cəlb etməyib. “Stremsqodset”in sabiq futbolçusuna bir neçə klub, o cümlədən Münxenin “Bavariya” klubu maraq göstərib. M.Edeqor “Bavariya”nın əsas heyəti ilə iki həftə məşq edib. Bundan əlavə, futbolçu “Barselona”nın da diqqət mərkəzində olub.
İspaniya KİV-lərinin yazdığına görə, “Stremsqodset” nümayəndələri ilə danışıqlar aparan Kataloniya klubu futbolçunu «Barselona»da görmək üçün sona qədər mübarizə aparıb. Buna baxmayaraq, Edeqor birmənalı şəkildə “Kral klubu”na üstünlük verib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR