İlham Əliyev Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb

İlham Əliyev Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru ilə görüşüb
21:28 23 Yanvar 2015
107 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 23 yanvar /Trend/

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan Lu Şasad ilə görüşüb.

Görüşdə “Gaz de France Suez” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olundu.

Söhbət zamanı Bakıda və ölkəmizin digər regionlarında əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz içməli su ilə təmin olunması, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, “Şahdəniz” yatağından çıxan qazın alınması və digər sahələrlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2356639.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR