Kişinin bədənə yazı, ya şəkil döydürməsi günahdırmı?

Kişinin bədənə yazı, ya şəkil döydürməsi günahdırmı?
21:42 23 Yanvar 2015
559 Sosial
Ölkə mətbuatı
A- A+

Milli.Az islam.az-a istinadən bildirir ki, bədənə yazı və ya şəkil döydürmək öz-özlüyündə haram iş deyil. Amma fəsada yol açarsa haram olar. Məsələn, insanın sonradan peşmançılıq çəkəcəyi yazıları və şəkilləri bədəninə çəkdirməsi məsləhət deyil.

Bəzən insanlar gənclik illərində sevdikləri adamın adını döymə şəklində yazdırırlar, amma başqa adamla ailə qurduqdan sonra bundan peşman olurlar. Yaxud əxlaqdan və milli mentalitetdən uzaq hər hansı şəkli tatu etdirib, sonra bunu pozdurmağa məcbur olurlar. Bunu da nəzərə alaq ki, bir adamın bədənində döymə olması xalq içində yaxşı qarşılanmır.
 
Milli.Az
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR