Qırıcılar havaya qaldırıldı (FOTO)

Qırıcılar havaya qaldırıldı (FOTO)
21:51 23 Yanvar 2015
258 Dünya
Ölkə mətbuatı
A- A+

NATO həyəcan siqnalı ilə Typhoon qırıcılarını havaya qaldırıb.

ANS PRESS-in məlumatına görə, buna səbəb Baltik dənizinin üzərində Rusiyanın İl-20 kəşfiyyatçı təyyarəsinin qeydə alınması olub.

Bu barədə Bloomberg agnetliyi Latviya müdafiə nazirliyinə istinadən xəbər yayıb.

"NATO-nun Baltik dənizi üzərində hava məkanının mühafizəsi ilə məşgul olan Typhoon qırıcıları Rusiya Hərbi Hava Qüvvələrinin İl -20 təyyarəsini ələ keçirmək üçün havaya qalxıblar", - deyə xəbərdə bildirilir.

Rusiya HHQ-ə məxsus təyyarənin ələ keçirilib-keçirilməməsi barədə isə heç bir məlumat verilmir.

Rusiya Müdafiə Nazirliyi isə məsələ ilə bağlı hələlik açıqlama verməyib.



Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321511

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR