"Qəbələ" afrikalılara uduzdu

"Qəbələ" afrikalılara uduzdu
22:17 23 Yanvar 2015
285 İdman
Ölkə mətbuatı
A- A+

"Qəbələ"nin əvəzedici komandası Türkiyənin Antalya şəhərindəki təlim-məşq toplanışında növbəti yoxlama oyununu keçirib. Fanat.az xəbər verir ki, Luis Araqonun komandası bu dəfə Afrika təmsilçisi ilə üz-üzə gəlib. 


Belə ki, "qırmızı-qaralar" Qananın "Liberti" klubunun əvəzedici heyəti ilə qarşılaşıb. "Qəbələ" Antalya toplanışında ikinci məğlubiyyətini 2 cavabsız qol buraxmaqla alıb - 0:2. 


Qeyd edək ki, "Qəbələ" bundan əvvəl Antalyada Qazaxıstanın "Tobol" klubuna 0:2 hesabı ilə uduzmuş, Almaniyanın aşağı dəstə təmsilçisi "Freyberq"lə heç-heçə oynamışdı - 1:1.


Antalya təlim-məşq toplanışının sonunadək "Qəbələ"nin daha bir oyun keçirməsi planlaşdırılıb.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotqblquot-afrikallara-uduzdu-t17738.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR