Müsəlmanların ilk qibləsində vəhabi krala böyük etiraz

Müsəlmanların ilk qibləsində vəhabi krala böyük etiraz
22:31 23 Yanvar 2015
339 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə kralı Abdullahın ölümünə müsəlman dünyasında birmənalı münasibət bildirilməyib.

ANS PRESS-in məlumatına görə, müsəlmanların ilk qibləsi kimi tanınan Məscidi əl-Əqsada qılınan cümə namazında axundun Səud Kralını tərifləyərək ona qiyabi cənazə namazı qılması istəməsi fələstinliləri əsəbiləşdirib. Axundun üstünə hücum edən fələstinlilər kral Abdullahın İsrail və ABŞ-ın agenti adlandırıblar. Və axunda "satılmış" deyərərək onun üstünə yeriyiblər. Asayiş keşikçiləri axundu qəzəblənmiş müsəlmanların hücumundan qorumq üçün onu arxa qapıdan çölə çıxarıblar.

Qeyd edək ki, bu gün ölən Səudiyyə kralı Abdullah İsrailin Fələstinə hücumları zamanı səssiz qalması ilə yadda qalıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321528

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR