Gündəlik gəzintilər insan ömrünün uzanmasına kömək edir.334 min nəfərin iştirakı ilə 12 illik təcrübə keçirilib
Milli.Az anspress-ə istinadən xəbər verir ki, Kembric alimləri təcrübə nəticəsində müəyyən edib ki, orta templə 20 dəqiqəlik gəzinti vaxtsız ölüm təhlükəsini təxminən 30 faiz azaldır.
Alimlərin fikrincə, tənbəllik insan həyatı üçün artıq çəkidən daha çox təhlükəlidir. Belə ki, təcrübə zamanı müəyyən edilib ki, fiziki fəallıq insanın çəkisindən asılı olmayaraq insan sağlamlığına müsbət təsir göstərir.
Təcrübə 12 il müddətində 334 min avropalının iştirakı ilə keçirilib. Bu illər ərzində 21 min iştirakçı dünyasını dəyişib. Ölənlərin içərisində fiziki aktiv olan insanların sayı az hərəkət edənlərin sayından 30 faiz az olub. Bundan başqa, təcrübənin artıq çəkili iştirakçıları da fiziki aktivliyi artırmaqla ölüm riskini 20 faiz azaldıb.
Milli.Az