Vətəndaşlarla görüş keçirildi

Vətəndaşlarla görüş keçirildi
22:41 23 Yanvar 2015
198 Ölkə
Ölkə mətbuatı
A- A+

Dövlət Gömrük Komi­tə­­sinin sədri, gömrük xidməti general-ley­tenantı Aydın Əliyev Neftçala şəhərindəki Heydər Əliyev Mərkəzində Salyan, Bilə­su­var, Neftçala və Cəlilabad rayonlarından olan vətəndaşları qəbul edib.

Komitənin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, qəbula gələn vətəndaşların müraciətlə­rinin əksəriyyəti işə qəbul, gömrük keçid məntəqələrinin vəziyyəti, malların idxal və ixracı və bununla əlaqədar sənədləşmə qay­daları ilə bağlı olub.

Səyyar qəbul zamanı DGK sədri hər bir vətəndaşın müraciətini diqqətlə dinlə­yib və qaldırılan məsələlərin qanunveri­cili­yə uyğun həlli barədə müvafiq struk­tur­ların rəhbərlərinə tapşırıqlarını verib.

Vətəndaşların qəbul zamanı qaldırdıq­ları məsələlərin bir qismi yerindəcə həll olunub. DGK-nın səlahiyyətlərinə aid ol­mayan məsələlərlə bağlı müraciətlər isə müvafiq orqanlara çatdırılmaq üçün qey­diyyata alınıb və nəzarətə götürülüb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=20&nid=321508

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR