Şok iddia: Yeni kral da xəstədir!

Şok iddia: Yeni kral da xəstədir!
22:57 23 Yanvar 2015
212 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanı Kralı Abdullah bin Əbdüləziz Əl Səudun ölümündən sonra taxta keçən vəliəhd Salman bin Əbduləzizin “Alzheimer” xəstəsi olduğu iddia edilir.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, Kral Abdullahın ölümündən sonra yerinə keçən Müdafiə naziri Salman bin Əbdüləziz barəsində qorxunc iddia ortaya atılıb. Hələ rəsmi açıqlama verilməsə də, yeni kralın da xəstəlikdən əziyyət çəkdiyi mətbuat orqanları tərəfindən dərc edilir. 79 yaşlı kral Salman Kral Abdullahın ən kiçik qardaşlarından biridir, ancaq səhhətində bəzi problemlərinin olduğu bildirilir.

"Vaşinqton Post", "Ekonomik" (“The Economist”) kimi dünya nəhəngləri də kralın səhhətində problemlərinin olmasından yazır. Səudiyyə Ərəbistanı mediasına hakimiyyətin ciddi şəkildə nəzarət etməsi səbəbindən məsələ haqqında hər hansı bir məlumat əldə etmək mümkün olmur.

"Demans" xəstəliyi ilə yanaşı, Kral Salmanın daha əvvəl iflic keçirdiyi və sol qolunu hərəkət etdirməkdə çətinlik çəkdiyi bildirilir.

Üç dəfə evlənən Kral Salmanın həyat yoldaşlarından biri 2011-ci ildə həyatını itirib. Yeni kralın oğlanları şahzadə Əbdüləziz Neft nazirinin müavini, şahzadə Faysal Mədinə valisi, şahzadə Sultan isə turizm təşkilatı sədridir. Şahzadə Sultan eyni zamanda ilk ərəb astronavtı olması ilə tanınır.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR