FİFA 5 sponsorunu birdən itirdi

FİFA 5 sponsorunu birdən itirdi
23:05 23 Yanvar 2015
239 İdman
Ölkə mətbuatı
A- A+

Beynəlxalq Futbol Federasiyaları Birliyi (FİFA) ən böyük 5 sponsorunu itirib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, FİFA ona sponsorluq etməyəcək təşkilatlarla birlikdə 1 milyard funt da itirib.

İngilis Teleqraf qəzeti FİFA-nın ən böyük sponsorlarından “Kastrol”, “Kontinental” və “Conson&Conson” şirkətlərinin FİFA ilə əlaqələrini kəsdiyini yazıb. Xəbərdə “Soni” və “Emirates”in də eyni qərarı aldığı qeyd edilib.

FİFA-nın maddi baxımdan ən əhəmiyyətli qaynaqları olan bu 5 firmanı itirməsi nəticəsində təxminən 1 milyard funt itirməyi ilə yanaşı, təşkilatın nə qədər “zəhərli” markaya çevrildiyi müzakirə olunur.

Avropa Parlamentində Mühafizəkarlar Partiyasının millət vəkili Demian Kolins mövzu ilə əlaqədar bunları deyib: “FİFA zəhərli markaya çevrilib. Etibarına əhəmiyyət verən şirkətlər artıq adlarının FİFA ilə birlikdə çəkilməsini istəmirlər. Xüsusilə son bir ildəki rüşvət iddialarından sonra FİFA olan-qalan etibarlını da itirdi”.

Xatırladaq ki, bir müddət bundan əvvəl FİFA-da islahata gedilməsi üçün FİFA Nyu adlı kampaniya başladılmışdı.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/320677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR