Erməni hərbi maşını partladı

Erməni hərbi maşını partladı
15:16 26 Dekabr 2014
272 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistan mətbuatı Azərbaycan tərəfinin təmas xəttindəki ərazilərini minaladığı barədə xəbər yayıb.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, məlumatlarda Azərbaycan ordusunun təmas xəttində diversiya əməliyyatı keçirmək istədiyi, bu məqsədlə təmas xəttini minaladığı, Ermənistan silahlı birləşmələrinin isə operativ şəkildə ərazini minalardan təmizlədiyi və əməliyyatın onlar üçün uğurlu başa çatdığı iddia edilir.

Amma erməni mətbuatının yazdığı kimi Milli Ordumuzun təmas xəttində irəliləyərək qarşı tərəfin mövqelərinə yaxın yerləri minaladığı o qədər də real görünmür. Bunu həm də təmas xəttinin 250 metrliyində yerləşən Tərtərin Qapanlı kəndinin sakinlərinin müşahidələri də sübut edir.

Sakinlərin sözlərinə görə, ötən gün səhər saatlarında ərazidə Ermənistan silahlı birləşmələrinin aktivliyi müşahidə olunub.

Ehtimala görə, qarşı tərəf özü minaladığı ərazini təmizələyərək Azərbaycan mövqelərinə növbəti hücum planlışdırırmış. Saat təqribən 11:30 radələrində isə parlayış səsi eşidilib. Ermənistan tərəfinə məxsus hərbi avtomaşın minaya düşərək partlayıb.

Otlaq sahəsində qoyun otaran çobanların sözlərinə görə, əraziyə xeyli sayda texnika cəlb edilib. Sakinlərin sözərinə görə, gecə saatlarına qədər Ermənistan tərəfi əraziə hərbi texnika cəmləməkdə davam edib.

Hava qaralandan sonra isə Qapanlı kəndi və Mili Ordumuzun mövqeləri atəşə tutulsa da, cavab atəşilə susdurulub. Hazırda cəbhənin Tərtər istiqamətində nisbi sakitlikdir. Ermənistan təfrinin ərazinin minalanması ilə bağlı yaydığı məlumata münasibət bildirən Azərbaycan Müdafiə Nazirlyi bəyan edib ki, Azərbaycan Ordusu cəbhənin həmin istiqamətində heç bir aktivlik göstərmir. Bu Ermənistanın növbəti təxribatıdır.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316456

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR