Bərdədə ağır yol qəzası: bir yaralı (FOTO)

Bərdədə ağır yol qəzası: bir yaralı (FOTO)
23:16 23 Yanvar 2015
213 Ölkə
Ölkə mətbuatı
A- A+

Bərdədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Yolu keçmək istəyən piyada Bərdə sakini Fazil Ədilovun idarə etdiyi VAZ-21015 markalı avtomobil tərəfindən vurulub. Zərbənin təsirindən maşının qabaq hissəsi əzilib. Yaralı, Bərdə rayon M.F. Axundov küçəsində yaşayan 28 yaşlı Samir Abbasov təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə aldığı zərbədən Samir Abbasovun sol bud sümüyü sınıb. Onun bədəninin müxtəlif hissələrində əzilmiş yaralar var. Hazırda vəziyyəti kafi qiymətləndirilir. Samir Abbasov hadisə baş verən ərazidəki qəssabxanada işləyirmiş. Əldə etdiyimiz məlumata görə sürücü artıq polis tərəfindən saxlanılıb. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub. avtomobil cərimə meydançasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.


















Mənbə
ANS PRESS: Ramil İbrahimov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321534

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR