Dünyanın ən axmaq qadağaları

Dünyanın ən axmaq qadağaları
23:26 23 Yanvar 2015
351 Digər
Ölkə mətbuatı
A- A+

Dünyanın ən qeyri-adi qadağaları məlum olub.

ANS PRESS dünyanın müxtəlif yerlərindən an axmaq qadağaların bir qismini təqdim edir:
 
- Alyaskanın Faribanks şəhərində marala spirtli içki vermənin cəzası həbsdir.
 
- Arizonanın Mohave mahalında şorba oğrusu tutulduqda yeməyi oğrunun başından aşağı tökülür.

- Kaliforniyada heç bir motorlu nəqliyyat vasitəsinin sürücüsü olmasa, saatda 75 km-dən çox sürətlə hərəkət edə bilməz.
 
- Türkiyədə xalqa açıq olan yaşıllıqlarda çəmənliklərə girmək qadağandır.
 
- Çində bir insanı boğulmaqdan qurtarmaq, o adamın qədərini dəyişdirmək mənası daşıdığından qadağandır.
 
- Los Ancelesdə bir kişinin yoldaşını 5 sm-dən daha qalın bir kəmərlə döyməsi qadağandır.
 
- San Françiskoda Market Prospektində fillərlə gəzmək qadağandır.
 
- Fransada donuzlara Napoleon adı vermək qadağandır.
 
- Alanya Bələdiyyəsi Bərəkət Tanrısının heykəlciyinin açıq satmağı 1999-ci ildə qadağan etdi.
 
- Çikaqoda bir nüvə bombası partlatmasının cəzası yalnız 500 dollardır.
 
- Floridada bərbərə gedən qadınların saç qurutma maşınındaykən yatmaları qadağandır.
 
- Gainesvillidə toyuğu mütləq əlinizlə yemək məcburiyyətindəsiniz.
 
- İsveçrədə bazar günləri paltar və avtomobil yuyula bilməz.
 
- Maryland əyalətində bir aslanı (Şir) kinoya aparmaq qadağandır.
 
- Marylandda üzərkən yemək yemək qadağandlr.
 
- Nyu Yorkda əcnəbi biriylə liftdə danışmaq qadağandır.
 
- Vaterloo şəhərində bərbərlərin 07.00 - 19.00 arası soğan yemələri qadağandır.
 
- Nevada əyalətində sizə aid bir məkanda itinizə atəş açan birini anında asma haqqınız var.
 
- Klinton Mahalında cəmiyyətə aid bir binaya söykənmək qadağandır.
  
- Racinedə yatan bir xilasetmə məmurunu oyandırmaq qadağandır.
 
- Fransada relslər üzərində öpüşmək qadağandır.
 
- İtaliyada ətək geyən kişilər cinayət işləmiş sayılır. Cəmiyyətə açıq yerlərdə and içmək, yumruq atmaq, həmçinin Məryəm adlı qadınların fahişəlik etməsi də qadağan olunub.
 
- Şotlandiyada bir inəyin yanında sərxoş olmaq qadağandır.

- Denver şəhərində qonşuya elektrik süpürgəsini borc vermək qadağandır. Şəhərdə siçanlara pis davranmaq da qadağandır.
 
- Texasda ayaq üstdə pivə içərkən ən çox üç dəfə qurtum içə bilər. Dördüncü qurtum qadağandır. İçmək üçün oturmaq lazımdır.

- Danimarkada avtomobilinin altında birinin tapıldığını görən sürücünün avtomobilini işlətməsi qadağandır.
 
-Taylandda avtomobil istifadə etdiyiniz zaman köynək geymək məcburiyyətindəsiniz.
 
- Sinqapurda metroda saqqız tapdalayan həbs olunur.
 
- ABŞ-ın İndiana ştatında bərbərlərin uşaqların qulağını kəsməsi qadağandır.
 
- Kanadada yağış yağarkən çəmənlər sulana bilməz.
 
- Estoniyada hələ kitablarda olan bir qanuna görə cütlüklərin sevişərkən şahmat oynaması qadağandır.
 
- Floridada at oğurluğunun cəzası edamdır.
 
- Montanada bir qadının yoldaşına aid məktubu açması ağır cinayətdir.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321536

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR