Bərdədə ağır yol qəzası: bir yaralı - FOTO

Bərdədə ağır yol qəzası: bir yaralı - FOTO
23:42 23 Yanvar 2015
331 Digər
Ölkə mətbuatı
A- A+

İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub
Bərdədə piyadanın vurulması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində baş verib.

Yolu keçmək istəyən piyada Bərdə sakini Fazil Ədilovun idarə etdiyi VAZ-21015 markalı avtomobil tərəfindən vurulub. Zərbənin təsirindən maşının qabaq hissəsi əzilib. Yaralı, Bərdə rayon M.F. Axundov küçəsində yaşayan 28 yaşlı Samir Abbasov təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılıb.

Xəstəxanadan əldə etdiyimiz məlumata görə aldığı zərbədən Samir Abbasovun sol bud sümüyü sınıb. Onun bədəninin müxtəlif hissələrində əzilmiş yaralar var. Hazırda vəziyyəti kafi qiymətləndirilir. Samir Abbasov hadisə baş verən ərazidəki qəssabxanada işləyirmiş. Əldə etdiyimiz məlumata görə, sürücü artıq polis tərəfindən saxlanılıb. İlkin ehtimala görə hadisəyə yüksək sürət səbəb olub. avtomobil cərimə meydançasına aparılıb.

Hazırda faktla bağlı araşdırma aparılır.

Milli.Az













RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR