Kral öldü, bəs o, kim idi? (VİDEO)

Kral öldü, bəs o, kim idi? (VİDEO)
23:51 23 Yanvar 2015
257 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdül Əziz as-Saudun vəfat edib. Kralın ölüm xəbərindən sonra müqəddəs Məkkə şəhərində on minlərlə insan Kəbə ətrafında dövr edərək, onun xatirəsini yad ediblər və ölən kral üçün cənazə namazı qılınıb. Səudiyyə Ərəbistanının yeni kralı Salman qardaşı mərhum kralın cənazə namazında iştirak edib. Bir çox siyasi liderlər Səudiyyə kralının dəfn mərasmində iştirak etmək üçün Məkkə şəhərinə gediblər. Prezident İlham Əliyev də başsağlığı verib. Azərbaycanı dəfn mərasmində Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir. Bütün Qafqazın şeyxi Hacı Allahşükür Paşazadə də Səudiyyə Ərəbistanındadı. Kim idi Kral Abdulla?

Kral Abdulla ibn Əbdül Əziz as-Saud 1932-ci ildə Səudiyyə Krallığının əsasını qoyan I kral Əbdül Əzizin ən azı 45 oğlundan 13-cüsüdür. Ata və anasını erkən itirən Abdullaya kral olmaq da asan başa gəlməyib. Abdullanın hələ baş nazirin müavini olarkən qazandığı nüfuz ögey qardaşı kral Fəhdi xeyli narahat etdiyindən o, şahzadə Abdullanın varislikdən uzaqlaşdırmaq məqsədilə fərman da imzalayıb. Lakin 1995-ci ildə Fəhdin insult keçirməsi Abdullanın işinə yarayıb və o, taxt tacın 6-cı kralı ola bilib.

Məlumatlara görə, o, hakimiyyətdə maraqlı kombinasiyaları ilə də tanınıb. Məsələn, ABŞ əsgərlərinin Səudiyyə Ərəbistanında yerləşdirilməsinə qarşı çıxıb. Lakin sonradan krallığın anti-İraq koalisiyasına daxil olması ilə razılaşıb. Kral iqtisadiyyatda da bəzi liberal islahatlar aparıb, korrupsiyaya qarşı mübarizə idarəsi yaradıb, kasıbçılığın aradan qaldırılması üçün dövlət proqramı işləyib və ən başlıcası 150 yerlik Şura Məclisinə ilk dəfə olaraq 30 qadın təyin edib. Bu isə Səudiyyə Ərəbistanı tarixində qadınların ilk dəfə olaraq bələdiyyə seçkilərində və dövlət işlərində iştirakı deməkdir. Görünür, bu qərarın verilməsində Kral Abdullanın qız övladlarının rolu da olmamış deyil.

Bəli, Abdullanın 35 övladından 20-si məhz qızdır. Ümumilikdə isə Qərb mətbuatı onun islahatların sadəcə kosmetik adlandırır. Baxmayarq ki, Qərblə Səudiyyə Ərəbistanı arasında münasibətlər də kifayət qədər istidir. Əksər ərəb ölkələrini bürüyən inqilablar da Səudiyyədən həmişə yan keçib. Kral Abdulla həm də vəhabiliyin bütün dünyada yayılmasına maliyyə ayıran şəxs kimi tanınıb.

Regionun ən nüfuzlu və çoxsaylı hərbi, dini və siyasi təşkilatı olan “Musəlman Qardaşları”nın üzvləri də Səudiyyənin əsas dini cərəyanı olan vəhabiliyə mənsubdur. Qısası, kral Abdulla dünyanın dini, iqtisadi və siyasi mənzərəsinə ciddi təsir edə bilən fiqurlardan olub. Elə dünyada neftin ucuzlaşması da məhz onun dırnaqarası xidmətidir.

Ötən il noyabrında OPEK nazirlərinin illik iclasında Səudiyyə Ərəbistanının kvotanı salmaması dünya bazarında neftin qiymətinin sürətlə ucuzlaşmasına gətirib çıxardı.

Onun ölümü ilə bu gün dünya bazarında neftin qiyməti də nisbətən bahalaşıb. Amma ekspertlər bu bahalaşmanın qısa müddətli olacağını deyirlər. Kralın şəxsi varidatını deməyə isə adamın dili gəlmir. Bu sadəcə başgicəlləndiricidir.

“Forbes” jurnalının 2010-cü il hesablamalarında kral Abdullanın sərvəti 21 milyard göstərilib. Ər-Riyadda qızıl plitələrlə bəzədilən yeni metro stansiyasının inşasının bütün maliyyə xərclərini də kral deyilənlərə görə, öz şəxsi büdcəsindən ödəyib. Amma o da hamı kimi dünyadan heç nə aparmadı.

Ölən kralı qardaşı 79 yaşlı Salman əvəz edir. Bu gündən etibarən o, Səudiyyə Ərəbistanın dövlət və hökumət başçısıdır. Onun varisi isə qardış Mükdir əl-Səud elan edilib.

Mənbə
ANS TV



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321518

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR