İlham Əliyev Jan Lu Şasad ilə görüş

İlham Əliyev Jan Lu Şasad ilə görüş
23:56 23 Yanvar 2015
174 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezidenti İlham Əliyev Davosda “Gaz de France Suez” şirkətinin baş icraçı direktoru Jan Lu Şasad ilə görüşüb.

ANS PRESS-in məlumatına görə,görüşdə “Gaz de France Suez” şirkəti ilə Azərbaycanın müvafiq qurumları arasında gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Söhbət zamanı Bakıda və ölkəmizin digər regionlarında əhalinin Dünya Səhiyyə Təşkilatının standartlarına uyğun təmiz içməli su ilə təmin olunması, Abşeron yarımadasında neftlə çirklənmiş ərazilərin təmizlənməsi, “Şahdəniz” yatağından çıxan qazın alınması və digər sahələrlə bağlı əməkdaşlığa dair fikir mübadiləsi aparılıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=14&nid=321516

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR