Putin NATO-nu ayağına gətirir

Putin NATO-nu ayağına gətirir
00:01 24 Yanvar 2015
214 Dünya
Ölkə mətbuatı
A- A+

NATO baş katibi Yens Stoltenberq Rusiyaya tərəf addım addım atıb.

ANS PRESS-in məlumatına görə, Stoltenderq bildirib ki, o, Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşməyə hazırdır.

Bu barədə "Reuters" agetnliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, Stoltenberq və Lavrov arasında görüş fevral ayında Almaniyanın Münhen şəhərində keçirilə bilər.

Qeyd edək ki, bundan əvvəl NATO-nun Avropadakı hərbi birləşmələrinin Ali baş komandanı Filip Bridlav bəyan etmişdi ki, alyans Rusiya ilə əlaqləri yenidən bərpa etmək niyyətindədir.

Onu da bildirək ki, Ukrayna böhranına görə, NATO ilə Rusiya arasında əlaqələr dayandırılıb.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR