Azərbaycan gömrükçülərindən pirotexnika əməliyyatı (FOTO)

Azərbaycan gömrükçülərindən pirotexnika əməliyyatı (FOTO)
15:23 26 Dekabr 2014
96 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 26 dekabr /Trend, müxbir İlkin İzzət/

Son zamanlar, xüsusilə, bayram günləri öncəsi bəzi üzdəniraq işbazlar mülki dövriyyəsi məhdudlaşdırılmış, istifadəsi yüksək səs-küylə müşayiət olunan, insan sağlamlığı üçün təhlükə törədən pirotexniki və tezalışan malları Azərbaycan Respublikasının gömrük ərazisinə qaçaqmalçılıq yolu ilə gətirməyə cəhd göstərirlər. Ancaq gömrükçülərin səyi nəticəsində bu kimi faktların qarşısı qətiyyətlə alınır.

Dövlət Gömrük Komitəsindən Trend-ə bildiriblər ki, Bakı Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən “Sədərək” Ticarət Mərkəzinin ərazisində müxtəlif şəxslərdən külli miqdarda - 3550 ədəd, Tovuz Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan Respublikası vətəndaşları Quluzadə Nofəl Yusif oğlu, Şirinov Yasin Qasım oğlu, Hacınəbiyev Asim Musa oğlu, Həmzalov Hacıbala Daşdəmir oğlunun idarə etdikləri avtomobillərdən külli miqdarda - 446 min 712 ədəd, Balakən Gömrük İdarəsinin "Маzımçay" gömrük postunda isə Azərbaycan Respublikasının vətəndaşı Zeynalov Ramin Elxan oğlunun idarə etdiyi nəqliyyat vasitəsindən gömrük nəzarətindən gizlədilmiş 7267 ədəd müxtəlif markalı pirotexniki vasitə aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı Dövlət Gömrük Komitəsinin İstintaq İdarəsində zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR