Bakıda istifadəyə yararlı silah-sursat tapılıb - FOTOSESSİYA

Bakıda istifadəyə yararlı silah-sursat tapılıb - FOTOSESSİYA
00:17 24 Yanvar 2015
220 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 00:03 ]

Bakı. Fərahim Qasımov-APA. Bakının Nərimanov rayonunda istifadəyə yararlı silah-sursat tapılıb.

APA-nın məlumatına görə,  Nərimanov rayonu Əliyar Əliyev 114 ünvanında zibil qutusunda sellofan torbada silah-sursatın aşkarlanması ilə bağlı Fövqəladə Hallar Nazirliyinin 112 "qaynar xətti"nə məlumat daxil olub.

 

Dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin Minalardan Təmizləmə üzrə Çevik Qrupunun mütəxəssisləri və xilasediciləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

 

FHN-in mütəxəssisləri zibil qutusundakı torbaya baxış keçirərkən 2 ədəd  istifadəyə yararlı "F-1" əl qumbarası  və 2 ədəd qumbarası zapalı aşkar ediblər.

 

Mütəxəssislər tərəfindən əraziyə təkrar baxış keçirilib və digər partlayış təhlükəli əşya aşkar edilməyib. Döyüş sursatları hüquq-mühafizə orqanlarına təqdim olunub.

 

Faktla bağlı araşdırma aparılır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370214

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR