Tərtərdə internet istifadəçilərinin sayı iki dəfə artıb

Tərtərdə internet istifadəçilərinin sayı iki dəfə artıb
00:23 24 Yanvar 2015
240 Ölkə
Ölkə mətbuatı
A- A+


Tərtər, 24 yanvar, Tahir Ağaməmmədov, AzərTAc 
Ötən il Tərtər rayonunda informasiya-kommunikasiya texnologiyalarının inkişafı baxımından uğurlu olub.
Rayon telekommunikasiya qovşağından AzərTAc-a bildiriblər ki, hazırda rayonda 3008 nömrə tutumu olan mərkəzi və 4932 nömrə tutumu olan, 46 yaşayış məntəqəsini əhatə edən 25 kənd avtomat telefon stansiyası (ATS) fəaliyyət göstərir. Rayondakı bütün ATS-lər elektron tiplidir.
Ötən il rayon telekommunikasiya qovşağının inzibati və texnoloji binasında əsaslı təmir işləri aparılıb, Köçərli kəndində 256 nömrə tutumlu elektron ATS quraşdırılıb. Elektron ATS-lərdə Qaraağacı kəndində 50, Xoruzlu kəndində 160, Borsunlu kəndində 50, Köçərli kəndində 256, Meyvə Tingliyidə 160 nömrəlik xətt şəbəkəsi tikilib. Köçərli kənd elektron ATS-ində 2 kilometr uzunluğunda fiberoptik kabel çəkilib. Telekommunikasiya qovşağının xidmət ərazisində 328 port tutumlu DSLAM avadanlığı quraşdırılıb. Rayonun İrəvanlı və Köçərli poçt şöbələri üçün binalar tikilərək istifadəyə verilib.
Görülən işlərin nəticəsində genişzolaqlı internet istifadəçilərinin sayı əvvəlki illə müqayisədə iki dəfə artaraq 2184-ə çatıb.
Rayonda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi, sürətli internet portlarının artırılması istiqamətində işlər davam etdirilir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Terterde_internet_istifadechilerinin_sayi_iki_defe_artib-827193

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR