Yeni kraldan yeni təyinat

Yeni kraldan yeni təyinat
00:31 24 Yanvar 2015
227 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının yeni kralı Salman Ben Abdel Əziz Al Səud öz oğlu şahzadə Məhəmməd ben Salmanı müdafiə naziri təyin edib.

ANS PRESS-in məlumatına görə, bu haqda Əl Ərəbiyyə telekanalı bildirib.

O, həmçinin kral məhkəməsinin başçısı vəzifəsinə təyin edilib. Bildirilir, bütün qalan nazirlər öz postlarını saxlayıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının kralı Abdullah bin Əbdül Əziz as-Saudun vəfat edib. Kralın ölüm xəbərindən sonra müqəddəs Məkkə şəhərində on minlərlə insan Kəbə ətrafında dövr edərək, onun xatirəsini yad ediblər və ölən kral üçün cənazə namazı qılınıb.

Səudiyyə Ərəbistanının yeni kralı Salman qardaşı mərhum kralın cənazə namazında iştirak edib. Bir çox siyasi liderlər Səudiyyə kralının dəfn mərasmində iştirak etmək üçün Məkkə şəhərinə gediblər.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR