Nəticəsiz Minsk danışıqları

Nəticəsiz Minsk danışıqları
15:26 26 Dekabr 2014
104 Dünya
Ölkə mətbuatı
A- A+

Belarusun paytaxtı Minskdə Ukrayna böhranına son qoymaq üçün aparılan danışıqlar başa çatsa da, ciddi nailiyyət əldə olunmayıb. Növbəti danışıqların nə vaxt keçiriləcəyi isə hələ məlum deyil.

ANS PRESS-in BBC-yə istinadla verdiyi məlumata görə, Ukrayna hökuməti nümayəndələrinin, Rusyönümlü separatçıların, beynəlxalq müşahidəçilərin və Rusiyanın iştirak etdiyi toplantı əsasən qoşunların geri çəkilməsinə və humanitar yardıma yönəlib.

Danışıqlar ərəfəsində Ukrayna parlamenti ölkəni NATO-ya yaxınlaşdıran növbəti addım atıb.

Rusiyanın müdafiə nazirinin müavini Anatoli Antonov NATO üzvlərini Ukraynanı Rusiya ilə birbaşa qarşıdurmaya salmaqda ittiham edib: "Bu yalnız vəziyyəti gərginləşdirə bilər. Alyansın genişlənmə siyasətinə görə, Ukrayna öz ərazisində münaqişəyə son qoymasa, onun NATO-ya qoşulması uzun illər çəkə bilər. Ona görə də NATO-nun Ukraynanı qəbul edəcəyi hələlik inandırıcı görünmür."

Xatırladaq ki, bu ilin sentyabrında Minskdə atəşkəs və mühüm sülh danışıqları aparılmışdı, lakin tərəflər buna əməl etməyiblər.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR