İki jurnalist öldürüldü

İki jurnalist öldürüldü
00:56 24 Yanvar 2015
218 Dünya
Ölkə mətbuatı
A- A+

İraqda daha iki jurnalist öldürülüb.

ANS PRESS-in məlumatına görə, bu barədə “France-Presse” agentliyi xəbər yayıb.

Xəbərdə bildirilir ki, İraqın Əl-Mikdadiya şəhərinə aviahücümlar nəticəsində yeddi nəfər həlak olub.

Ölənlərdən iki nəfərinin jurnalist olduğu bildirilir. Bu məlumatı hakimiyyət orqanları təsdiqləyirlər.

Verilən məlumata görə, jurnalistlər Əl-Ghadeer telekanalının əməkdaşları olublar.

Aviahücümlar nəticəsində telekanalın daha iki əməkdaşı xəsarət alıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321539

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR