Polat Alemdarın qardaşı arvadını tavayla döydü

Polat Alemdarın qardaşı arvadını tavayla döydü
01:36 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Türkiyədə məşhur "Bu Tərz Mənim" teleşousunda "Kurtlar Vadisi" serialının qəhrəmanı Polat Alemdar rolunun ifaçısı Necati Şaşmazın qardaşının əvvəlki həyat yoldaşı iştirak edir.

ANS PRESS-in məlumatına görə, yarışmanın zəngin qızlarından biri olan Nazlı Hamaratın hadisəli bir evlilik keçmişi var. Necati Şaşmazın qardaşı olan Emir Şaşmaz ilə evlənən Nazlı Hamarat prodüserlik edən ərinə görə böyük miqdarda pul itirmişdi.

Nazlı Hamarat və Emir Şaşmaz evlilikləri əsnasında bir neçə dəfə maqazin mediasına xəbər olmuşdular. Hamaratın 40 min dollarlıq üzüyü ilə poza verməsi Türkiyədə geniş əks-səda oyandırmışdı.

1989-ci il təvəllüdlü Nazlı Hamarat Emir Şaşmaz ilə olan evliliyi əsnasında döyüldüyü iddiası ilə məhkəməyə müraciət etmişdi. Emir Şaşmazın onu teflon tavayla döydüyünü söyləyən Hamarat bu səbəbdən məhkəməyə müraciət etməklə yanaşı Şaşmaza verdiyi borc pulu ala bilmədiyini bildirmişdi.

Qeyd edək ki, Nazlı Hamarat Ege Universitetində Radio, Kino və TV ixtisası üzrə oxuyub. Məktəbə hər gün təyyarə ilə gedib gələn Nazlı Hamarat lüks paltarlara olan düşkünlüyü ilə məşhurlaşıb. İstanbulda bir dəvət olunan yerə geydiyi 60 min lirəlik paltarla qatılmasına görə sərt tənqid olunmuşdu.
Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR