Məktəbli qızı vəhşicəsinə döydülər (VİDEO)

Məktəbli qızı vəhşicəsinə döydülər (VİDEO)
01:46 24 Yanvar 2015
427 Ölkə
Ölkə mətbuatı
A- A+

Yakutsk şəhər polisi 14 yaşlı məktəbli qız A.Yelizavetanın döyülməsini araşdırır.

ANS PRESS-in məlumatına görə, məktəblinin döyülməsi sosial şəbəkədə yayıldıqdan sonra polis hərəkətə keçib.

Rusiyanın Yakutsk şəhərində uşaqlar mobil telefonun kamerasına məktəbli qızın döyülməsini çəkiblər. Mobil telefonun kamerasına düşən kadrlarda görünür ki, qızı döyən dəstənin başında 13 yaşlı Diana durur. Məktəblini təpikləyən dəstə onun al-qan içində olmasına baxmayaraq döyməyə davam edir.

Maraqlıdır ki, qızın döyülməsini izləyən oğlanlar buna mane olmağa çalışmırlar.

14 yaşlı Yelizaveta ciddi zədələrlə xəstəxanaya çatdırılıb. Onun anası həddi-buluğa çatmamış qızını döyənləri cəzalandırmaq xahişi ilə polisə ərizə yazıb.

Davanın oğlana görə olduğu bildirilir. Hazırda faktla bağlı araşdırma aparılır.

Mənbə
ANS PRESS


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR