Balakəndə küllü miqdarda narkotik vasitə satan şəxs həbs edilib - FOTOSESSİYA

Balakəndə  küllü miqdarda narkotik vasitə satan şəxs həbs edilib - FOTOSESSİYA
02:12 24 Yanvar 2015
271 Digər
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 02:03 ]

Balakən. Vüqar Heydərov-APA. Küllü miqdarda narkotik vasitə satan Balakən rayon sakini həbs edilib.

Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

 

Keçirilmiş tədbir nəticəsində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Şamil Ziyəddin oğlu Umarov narkotik vasitə hesab olunan 1 kiloqram  232 qram qurudulmuş marixuananı şərti alıcıya satarkən yaxalanıb.

 

Faktla bağlı Balakən RPŞ-də  CM-nin  234.4.3 maddəsi ilə cinayət işi başlayıb, Balakən rayon məhkəməsinin qərarı ilə Şamil Umarov  barəsində həbs-qətimkan qərarı çıxarılıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR