Meyit aparan maşın qəzaya düşdü: 1 nəfər öldü (VİDEO)

Meyit aparan maşın qəzaya düşdü: 1 nəfər öldü (VİDEO)
02:51 24 Yanvar 2015
617 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı-Qazax yolunda meyit aparan avtomobil yük maşını ilə toqquşub.

Bakının Qaradağ rayonu, Səngəçal qəsəbəsində, Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində bir nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Rusiyanın Voronej şəhərində vəfat etmiş Neftçala rayonunun Xol Qaraqaşlı kənd sakini, 33 yaşlı Əliyev Cəsur Teyyub oğlunun cənazəsini gətirən “Qazel” markalı yük avtomobili ilə Xəyyam Hacıyevin idarə etdiyi "Shacman" markalı ağır tonnajlı yük avtomobili toqquşub. Nəticədə “Qazel” markalı avtomobildə olan sərnişin, Astara rayon sakini Həyat Rəsulov hadisə yerində dünyasını dəyişib. Avtomobili idarə edən Nurlan Əliyev isə xəstəxanaya yerləşdirilib. Onun, meyiti avtomaşında aparılan mərhum Cəsur Əliyevin qardaşı olduğu bildirilir.

Dərhal hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub. Qəza zamanı dünyasını dəyişmiş Həyat Rəsulovun meyiti çətinliklə də olsa xüsusi alətlərin köməkliyilə sıxılıb qaldığı “Qazel” markalı avtomobildən çıxarılaraq məhkəmə-tibb ekspertizasına göndərilib.

Yol qəzasının təfərrüatlarını BDYPİ-nin istintaqçıları araşdırır. Ehtimal edilir ki, sürücü Nurlan Əliyev sükan arxasında yuxuladığı üçün onun idarə etdiyi avtomobil gəldiyi sürətlə də "Shacman" markalı yük maşınına çırpılıb.

Mənbə
ANS TV, Sərxan Kamallı


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR