Balakən sakini 1,2 kq marixuana satarkən tutulub

Balakən sakini 1,2 kq marixuana satarkən tutulub
02:54 24 Yanvar 2015
249 Ölkə
Ölkə mətbuatı
A- A+

Küllü miqdarda narkotik vasitə satan Balakən rayon sakini həbs edilib. Balakən rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə,  Balakən RPŞ-nin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyəsi ilə məşğul olan şəxslərin tapılaraq istintaqa təhvil edilməsi istiqamətində əməliyyat-axtarış tədbiri keçirib.

 

Keçirilmiş tədbir nəticəsində rayonun Gərəkli kənd sakini, 1993-cü il təvəllüdlü Şamil Ziyəddin oğlu Umarov narkotik vasitə hesab olunan 1 kiloqram  232 qram qurudulmuş marixuananı şərti alıcıya satarkən yaxalanıb.

 

Faktla bağlı Balakən RPŞ-də  CM-nin  234.4.3 maddəsi ilə cinayət işi başlayıb, Balakən rayon məhkəməsinin qərarı ilə Şamil Umarov  barəsində həbs- qətimkan qərarı çıxarılıb.


RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR