Bakı, 24 yanvar, AzərTAc
Ötən il respublikamızda 5706 hektar sahədə emal üçün şəkər çuğundurunun əkini aparılıb.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, 5606 hektarın (98,2 faiz) çuğunduru qazılıb və sahələrin hər hektarından 312 sentner olmaqla 175,1 min ton məhsul götürülüb.