Sumqayıtda sakinlər havasızlıqdan əziyyət çəkir (VİDEO)

Sumqayıtda sakinlər havasızlıqdan əziyyət çəkir (VİDEO)
03:46 24 Yanvar 2015
203 Digər
Ölkə mətbuatı
A- A+

Sumqayıt şəhərində, 6 mkr-da yaşayan 5 binanın sakinləri təmiz hava üzünə həsrət qalıblar.

“İstiyrsən ki, durub təmiz hava alsan mümkün olmur. Dərhal da evlərə qaz iyi dolur. Bunun nəticəsində də narahatlıq əməl gəlir. Gecələr yata bilmirəm qazın iyindən” – deyə şikayətçi Qamətdin İsmailov bildirib.

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildiriblər ki, nazirliyə bu cür şikayətlərlə vətəndaşlar tez-tez müraciət edir. Təkcə 2014-cü ilin yekunlarına görə Sumqayıtın ətraf ərazilərində 114 fakt üzrə araşdırma aparılıb. Həmin şəxslərə 17 fakt üzrə cərimə sanksiyası da tərtıb olunub. 30 min manat dəyərində cərimə ediliblər. O ki qaldı, sakinlərin şikayətinə, bu gün Sumqayıtda ətraf mühiti daha çox çirkləndirən Sumqayıt məişət tullantılarının yerləşdiyi məntəqədir. Bura gətirilən tullantılar idarə olunmur və kortəbii şəkildə yandırılaraq havaya buraxılır.

“Bu tullantılar əlverişsiz meteroloji bir şəraitdə həmin o tüstü qazları tərkibində - hisdi, qazdı, ayrazoldu və digər tozdu, bunlar asılqan formasında əlverişsiz metroloji cəhəddən asılı olaraq alır. Və atmosfer və onun nisbi rutubətindən, temperatur və təziq rejimindən asılı olaraq müəyyən mənada hansı sahəyəsə mənfi təsir göstərir. Yəni həmin insanlar, həmin ekoloji mühit o zərərli qazaların təsiri altında olur” – deyə ekologiya və təbii sərvətlər nazirliyinin nümayəndəsi Mirsalam Qəmbərov vurğulayıb.

Mirsalam Qəmbərov onu da əlavə edib ki, müəssisələrə bir neçə dəfə pratokollar da təqdim olunub. Mövcud inzibati qaydalara uyğun olaraq cərimələnənlər var. Hazırda da qurum tərəfindən həmin ərazidə mütəmadi olaraq monitorinqlər keçirilir.



Mənbə
ANS TV, Orxan Bədəlov



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=321545

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR