“İŞİD-çilər qorxaqdırlar”

“İŞİD-çilər qorxaqdırlar”
04:31 24 Yanvar 2015
232 Dünya
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatları (ABŞ) İŞİD yaraqlılarının 20-30 min nəfər olduğunu açıqlayıb.

ANS PRESS-in məlumatına görə, Pentaqonun mətbuat katibi kontr-admiral Con Kirbi İŞİD terror qruplaşmasının 55 min kv.km, İraq hökumətinin 77 min kv.km, kürd-peşmərgə qüvvələrinin isə 56 min kv.km. əraziyə sahib olduqlarını söyləyib.

C.Kirbi Pentaqondakı mətbuat toplantısında qeyd edib ki, hazırda İŞİD yaraqlılarının sayının 20-30 min arasında dəyişir, buna səbəb isə qruplaşmaya girib-çıxanların olmasıdır.

Pentaqon rəsmisi həmçinin, İŞİD-çilərin İraq və Suriyada nəzarət altında saxladığı 700 kv.km. sahəni itirdiyini sözlərinə əlavə edib.

C.Kirbinin sözlərinə görə, son vaxtlar hava hücumlarının azaldılmasına səbəb İŞİD-çilərin qaçıb gizlənməsidir.

“İŞİD yaraqlıları artıq demək olar ki, əvvəlki güclərini itirib. Buna görə də müdafiə mövqeyinə keçiblər” – deyə C.Kirbi bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321558

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR