Azərbaycanın sığorta bazarı 5,8 faiz artıb

Azərbaycanın sığorta bazarı 5,8 faiz artıb
04:58 24 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, Samirə Quliyeva, AzərTAc
Ötən il Azərbaycandakı 28 sığorta şirkətinin xəttilə təxminən 429,2 milyon manat sığorta haqqı toplanılıb.
AzərTAc xəbər verir ki, Azərbaycan Sığortaçılar Assosiasiyasının məlumatına görə, bu, 2013-cü illə müqayisədə 23,5 milyon manat və ya 5,8 faiz çoxdur.
Keçən il sığorta şirkətlərinin həyata keçirdiyi ödənişlərin məbləği isə 34,3 milyon manat və ya 28 faiz artaraq təxminən 157,1 milyon manat təşkil edib. Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 36,6 manat ödəniş edilib. Bu göstərici 2013-cü ildə 30,3 manat olub.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_sigorta_bazari_58_faiz_artib-827198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR