Səudiyyə Ərəbistanının yeni kralı oğlunu nazir təyin etdi

Səudiyyə Ərəbistanının yeni kralı oğlunu nazir təyin etdi
05:24 24 Yanvar 2015
136 Dünya
Ölkə mətbuatı
A- A+

Səudiyyə Ərəbistanının yeni kralı Salman ibn Əbdül Əziz əl-Səud oğlu Məhəmməd bin Salmanı  ölkənin müdafiə naziri təyin edib. APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə Al Arabiya telekanalı məlumat yayıb.

 

34 yaşlı şahzadə Məhəmməd bin Salman həmçinin Kral Məhkəməsinin sədri və xüsusi müşavir postlarına da təyinat alıb.

 

Yeni kral Səudiyyə Ərəbistanının daxili işlər naziri postuna 55 yaşlı qardaşı oğlu Məhəmməd bin Naifi təyin edib.

 

Qeyd edək ki, kral Abdulla bin Əbdül Əziz əl-Səud yanvarın 23-nə keçən gecə  91 yaşında vəfat edib.  

 

Yeni kral onun qardaşı, müdafiə naziri Salman ibn Əbdül Əziz olub. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR