Yaşar Vahabzadə: Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindir

05:38 24 Yanvar 2015
171 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 24 yanvar, AzərTAc
Antalyada komandalarımızın keçirdiyi yoxlama oyunlarının hamısını izləməyə çalışırıq. Təkcə oyunlara yox, məşqlərə də baxırıq.
AzərTAc xəbər verir ki, bu sözləri 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məqşçisi Yaşar Vahabzadə deyib.
Baş məşqçi bildirib ki, bəzi futbolçular potensiallarından aşağı çıxış edirlər. Bir qismi isə əksinə, indi daha yaxşıdır. Axtarışlarımız davam edir. Fevralın 20-dən 26-dək Antalyada təlim-məşq toplanışında olacağıq. Həmin müddətdə iki yoxlama oyunu keçirmək istəyirik. Bu istiqamətdə işlər gedir.
Mütəxəssis qeyd edib ki, komanda yeni olsa da, artıq iki dəfə bir araya gəlib. Ötən ilin oktyabrında Almaniyada, noyabrda isə Maltada təlim-məşq toplanışında olduq. Maltada olarkən bu ölkənin U-21 kollektivi ilə yoxlama oyunda gücümüzü sınadıq. U-21 komandasına mütəmadi dəvət edilən futbolçular kollektivlə yenə birgə olacaqlar. Belə demək mümkünsə, komandanın özəyi var. Təəssüf ki, U-21-in əksər üzvləri klublarında əsas deyil, əvəzedici komandada çıxış edirlər. Halbuki onlar əsas komandaya düşməli, ustalıqlarını artırmalıdırlar. Əvəzedici komandada oynamaqla inkişaf etmək çətindir.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Yasar_Vahabzade_Avezedici_komandada_oynamaqla_inkisaf_etmek_chetindir-827199

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR