Terrorla mübarizə uzun çəkəcək

Terrorla mübarizə uzun çəkəcək
05:51 24 Yanvar 2015
151 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ dövlət katibi Con Kerri ekstremizmə qarşı mübarizədə uzunmüddətli strategiyasını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, İsveçrənin Davos şəhərində keçirilən ənənəvi Dünya İqtisadi Forumunda liderlər qarşısında çıxış edən Kerri onları vahid mövqe nümayiş etdirməyə çağırıb. O, buraya etibarlı idarəçilik, iqtisadiyyatla yanaşı, siyasi elmi inkişafın daxil olduğunu bildirib.

Con Kerri həmçinin İraq və Suriyada İslam Dövləti yaraqlılarına qarşı beynəlxalq koalisiyanın səylərini vurğulayıb. O bildirib ki, dünya qarşıdakı həftələrdə Yəmən, Şimali Afrika, Somali və Nigeriyada sabitlik və təhlükəsizliyin bərpası üçün birlikdə işləmə davam etməlidir. Dövlət katibi qarşıdakı günlərdə Nigeriyaya səfər edəcəyini də açıqlayıb.

O bildirib ki, zorakı ekstremizmə qarşı mübarizənin qərarı döyüş meydanlarında deyil, sinif otaqlarında, dini mərkəzlərdə veriləcək.
Con Kerri terror hədələri ilə bağlı növbəti sammitin Vaşinqtonda prezident Obama tərəfindən təşkil olunacağını bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321560

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR