Livan-Suriya sərhədində silahlılarla toqquşmalarda 5 livanlı hərbçi həlak olub

05:57 24 Yanvar 2015
154 Dünya
Ölkə mətbuatı
A- A+

[ 24 Yanvar 2015 05:26 ]


Bakı-APA. Livan-Suriya sərhədində silahlılarla baş vermiş toqquşmalarda 5 livanlı hərbçi həlak olub. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, ötən gün Livan hərbçiləri silahlıların Suriya ilə həmsərhəd Ras Bəlbek şəhəri yaxınlığında yerləşən ordu zastavasına hücumunu dəf edib. Livan ordusunun nümayəndələri döyüş zamanı çoxlu sayda silahlının məhv edildiyini bildiriblər, lakin öldürülən silahlıların sayı açıqlanmayıb.  Toqquşmalarda 5 livanlı hərbçinin həlak olduğu bildirilir. Məlumata görə, şiddətli döyüşlər səhər saatlarından axşamadək  davam edib.    

 

İnsidentin digər təfərrüatları açıqlanmır. 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR