Bakıda intihara cəhd

Bakıda intihara cəhd
06:29 24 Yanvar 2015
213 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda intihara cəhdin qarşısı alınıb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Bakının Nərimanov rayonunda 1 nəfər intihar etmək niyyətini nümayiş etdirib. Dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən aparılmış psixoloji söhbət nəticəsində vətəndaş fikrindən daşındırılaraq intihara cəhdin qarşısı alınıb. Əməliyyat saat 03:45-də başa çatıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191327

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR